Bu məsələ Bakı və İrəvan arasında müzakirə edilməyib

Azərbaycan və Ermənistan magistral qaz xətlərinin bərpası ilə bağlı müzakirə aparmayıblar.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın Energetika və Mineral Sərvətlər Nazirliyinin açıqlamasında qeyd olunur.

Nazirlik üç magistral xətt üzrə iki ölkə arasında qaz nəqlinin bərpasına ehtiyac olduğunu bildirib:

“Qazax-İrəvan, diametri 1000 mm, uzunluğu 6 kilometr;

İlychevsk-İrəvan, diametri 700 mm, uzunluğu 22 kilometr;

Gorus-Naxçıvan, diametri 700 mm, uzunluğu 16,5 kilometr”.

Ayşən Mustafa
Globalinfo.az