Bakı və İrəvan arasında yeni savaş belə olacaq – De Vaal elan etdi

“Məncə, Azərbaycanla Ermənistan arasında yeni konflikt yaşansa belə, miqyası 2020-ci ildə gördüyümüzdən kiçik olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Karnegi Fondunun eksperti Tomas De Vaal deyib.

“Sadə səbəb odur ki, erməni tərəfinin hərbi resursları azdır. Fikrimcə, İlham Əliyev də yeni genişmiqyaslı konfliktdə maraqlı deyil. Əgər danışıqlar yolu ilə nəsə olmasa, o zaman erməni tərəfinə hansısa təzyiq cəhdi ola bilər. Baş verənlər təkcə danışıqlara yox, həm də Moskvanın regiondakı avtoritetinə böyük zərbədir”, – o bildirib.

De Vaal Rusiyanın Ermənistana Bakı tərəfindən təzyiq edilməsində maraqlı olması ilə bağlı iddialarla razılaşmadığını bildirib:

“Düşünmürəm ki, Kremldə bir nəfər oturub, Qafqazla, Azərbaycanla və Ermənistanla bağlı qərarları qəbul edir. Burada fərqli maraqlar var. Rusiya son 30 ildə Ermənistanla Azərbaycan arasında gedib-gəlir. Əlbəttə, Moskva Naxçıvana yolun açılmasında və 2020-ci il razılaşmasında yazıldığı kimi onun təhlükəsizliyinin FTX tərəfindən təminində maraqlıdır. Lakin Moskvanın digər marağı da Qarabağda sülhməramlı missiyanın daha uzun müddətə, xüsusilə 2025-ci ildən sonraya qalmasıdır. Kreml ermənilərə təzyiqin olmasına qarşı deyil. Ona görə ki, həm Moskvada, həm də Bakıda 2022-ci ildə sülh razılaşmasının olacağını gözləyirdilər, amma Rusiya bu təzyiqin nə qədər davamlı olmasını istəyir – bunu söyləmək çətindir”.

Ekspert Ermənistana Qərbdən hansısa hərbi yardımın olacağını qeyri-real hesab edir:

“Məncə, regiona müşahidəçilər, iqtisadi, texniki yardım vasitəsilə yumşaq müdaxilə mümkündür. Lakin əsas təhlükəsizlik faktoru Qarabağdakı Rusiya missiyası olaraq qalır. Hətta Ukraynadakı müharibədə də bu fakt olaraq mövcudluğunu saxlayır. Məncə, Qarabağda 2025-dən sonra nə olacağı ilə bağlı müzakirələri başlatmaq vaxtıdır”.

Aqşin
Globalinfo.az