“Qazaxıstan yaxın gələcəkdə BRİKS-ə üzvlük üçün müraciət etməyi düşünmür”.
Globalinfo.az xəbər verir ki, bunu Qazaxıstan prezidentinin mətbuat katibi Berik Uali deyib.
O bildirib ki, buna səbəb təşkilata üzvlük prosesinin vaxt aparmasıdır:
“Digər səbəb isə qurumun gələcəyi ilə bağlı məsələlərdir. Qazaxıstan Prezidenti Kasım Jomart Tokayevə təşkilata üzvlük üçün təklif gəlib. Lakin Prezident milli maraqları nəzərə alaraq BMT-yə üstünlük verib”.
Bununla belə, mətbuat katibi Tokayevin Kazanda keçiriləcək BRİKS sammitinə qatılacağını deyib.
Qeyd edək ki, Azərbaycan və Türkiyə BRİKS-ə üzvlük üçün müraciət edib.
Əliyar Xəlil
Globalinfo.az