1597910934 toy1

Bakıda şadlıq sarayında 36 yaşlı kişinin faciəli ölümünün təfərrüatı məlum olub.
Globalinfo.az xəbər verir ki, oxu.az-ın məlumatına görə, hadisə sentyabrın 23-də Nizami rayonu ərazisindəki şadlıq saraylarından birində keçirilən toy mərasimində baş verib. Toyda qonaq qismində iştirak edən 1989-cu il təvəllüdlü Orxan Məhəmməd oğlu Qarayev foyedən birinci mərtəbəyə düşərkən ehtiyatsızlıqdan pilləkəndən yıxılıb. Nəticədə, o, ağır kəllə-beyin travması alıb və komaya düşüb.
Sentyabrın 23-də gecə saatlarında xəstəxanaya yerləşdirilən O.Qarayev oktyabrın 1-də axşam saatlarında xəstəxanada dünyasını dəyişib.

***10:54

Bakının Nizami rayonunda yerləşən “Şərq” şadlıq sarayında bədbəxt hadisə baş verib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl 1989-cu il təvəllüdlü paytaxt sakini Orxan Məhəmməd oğlu Qarayev Bəkir Çobanzadə küçəsində yerləşən şadlıq sarayının pilləkənlərindən yıxılıb.

Xəstəxanaya yerləşdirilmiş O.Qarayev dünən xəstəxanada vəfat edib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Paylaş: