Bakı-Sumqayıt yolunda 3 avtomobil toqquşdu, 1-i aşdı

Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadən əbər verir ki, qəza yolun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Üç avtomobilin iştirakı ilə baş verən qəzada minik avtomobillərindən biri zərbənin təsirindən yolun kənarına aşıb.

Əraziyə polis əməkdaşları cəlb edilib. Yolda hərəkət bərpa edilib. Hadisədə avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.