“Bakı sindromu” qırıldı

“Formula 1” üzrə dünya çempionatında “Bakı sindorumu” qırılıb.

Globalinfo.az xəbər verir ki, “Red Bull” komandasının pilotu Serxio Peres Azərbaycan Qran-prisində finişə birinci çatmaqla, hər il fərqli qalibin çıxması ənənəsinə son qoyub.

Meksikalı sürücü 2021-ci ildə olduğu kimi, bu dəfə də Bakı trekində hamıdan sürətli olub.

Həmçinin, Niko Rozberq (“Mercedes”, 2016), Daniel Rikkiardo (“Red Bull”, 2017), Lüis Hemilton (“Mercedes”, 2018), Valtteri Bottas (“Mercedes”, 2019) və Maks Ferstappen (“Red Bull”, 2022) 2016-cı ildən təşkil edilən Azərbaycan Qran-prilərinin qalibi olublar.

“Red Bull” komandası dördüncü dəfə pilotunun Bakı trekində birinci olmasına sevinib. Digər üç yarışda “Mercedes”in sürücüsü finişə birinci çatıb.