Əhalinin nəzərinə: metroda dəyişiklik edildi – Aprelin 3-dən…

Bakı metropoliteni iş günlərində qatarların “Bakmil” stansiyasına və əksinə hərəkət cədvəlinə dəyişikliklər edib.

Bu barədə Globalinfo.az-a qurumdan bildirilib.

Şənbə və bazar günlərinin cədvəlləri buna qədər olduğu kimi saxlanılıb.

Yenilənmiş cədvəllər Bakı metropoliteninin rəsmi saytında müvafiq bölməyə yerləşdirilib (http://metro.gov.az/az/page/muddealar/depo-qatarlarinin-hereket-cedveli).

Dəyişikliklər aprel ayının 3-dən qüvvəyə minəcək.