Bakı sakini Ağsuda sükan arxasında öldü

1714366557 surucu1 620x403 1

Ağsuda Bakı sakini avtomobil idarə edərkən ürəktutmadan vəfat edib.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir yolunun rayonun Muradlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakı sakini 1967-ci il təvəllüdlü Vüqar Soltan oğlu Abbasov həmin yolda hərəkətdə olarkən qəfildən halı pisləşib və sükan arxasında ürəktutmadan ölüb.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib. Hazırda fakt araşdırılır.