Bakı Sağlamlıq Mərkəzində yanğın başladı – pasiyentlər təxliyə edilib – FOTO – YENİLƏNİB-1

Bakı Sağlamlıq Mərkəzində baş verən yanğınla əlaqədar pasiyentlər və işçilər təxliyə olunublar.

Globalinfo.az APA-a istinadla xəbər verir ki, yanğınla əlaqədar binaya elektirik verilişi dayandırılıb.

Hazırda ağır xəstəliyi olan pasiyentlər müxtəlif özəl klinikalara yerləşdirilir.

Hadisə ilə bağlı FHN ikinci dərəcəli çağırış elan edib.

Əraziyə 10-a yaxın yanğınsöndürən avtomobil cəlb olunub.

***

Saat 00:44

Fövqəladə Hallar Nazirliyi Bakı Sağlamlıq Mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən APA-ya verilən xəbərə görə, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsində yerləşən Bakı Sağlamlıq Mərkəzində yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Saat 00:37

Paytaxtın Nəsimi rayonu Nəsib bəy Yusifbəyli küçəsində yanğın olub.

APA xəbər verir ki, hadisə Bakı Sağlamlıq Mərkəzinin binasında qeydə alınıb.

Əraziyə çoxlu sayda yanğınsöndürən avtomobil və təcili tibbi yardım briqadasının həkimləri cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın binanın zirzəmisində başlayıb.

Hazırda binada olan insanlar təxliyə edilir.