Bakı qılınc kimi sərt gələn qışa hazırdı? – Əhaliyə CİDDİ XƏBƏRDARLIQ!

Artıq havalar soyumağa başlayıb. Dünən axşamdan davam edən aramsız yağışın təsiri artıq paytaxtda özünü göstərir.

Bildiyimiz kimi Azərbaycanda soyuq fəsillər o qədər də sərt keçmir. Lakin bir balaca qar, yağış yağan kimi fəsadlar ortaya çıxır. Halbuki xarici ölkələrdə insanlar daim sərt hava şəraitində normal həyat yaşayırlar.

Azərbaycanda bu cür fəsadların olmaması üçün hansı təhlükəsizlik tədbirləri görülməlidir? Şəhər infrastrukturunda hansı dəyişikliklər olmalıdır?

Globalinfo.az referans.az-a istinadən xəbər verir ki, təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, müxtəlif qurumların belə fövqəladə hadisələr üçün hazır tədbirlər planı olmalıdır.

Ekspert qeyd edir ki, hər fəslin öz təhlükə riskləri var və əvvəlcədən bunlara qarşı görülən planlı şəkildə tədbirlər hadisədən daha az fəsadla qurtulmağa imkan verir.

“Dünyanın bütün ölkələrində gözlənilən və gözlənilməz hadisələr baş verir. Bunlara təbiət hadisələri, təbii fəlakətlər, fövqəladə hadisələri, uçqunlar, çay daşmaları və s. aiddir.

Belə hadisələrin qarşısını almaq dünyanın heç bir yerində mümkün deyil, yalnız qarşısını almaq məqsədilə tədbirlər görülə bilər. Maddi-texniki bazanı genişləndirməklə, müasir texnologiyaların, müasir vasitələrin tətbiqi ilə müəyyən qədər əvvəlcədən xəbərdar olmaq olar”.

Ekspert qeyd edir ki, hər fəslin öz təhlükə riskləri var və əvvəlcədən bunlara qarşı görülən planlı şəkildə tədbirlər hadisədən daha az fəsadla qurtulmağa imkan verir.