sultaneli

Bakı milyonçusu Hacı Sultanəlinin məzarı baxımsız vəziyyətdədir.

Globalinfo.az Lent.az-a istinadən xəbər verir ki, milyonçunun məzarı Sabunçu rayonu Ləhiş bağlarında yerləşir.

Görünüşündən uzun müddətdir baxımsız qaldığı hiss olunur. Buna görə də məzarın başdaşı hissəsi uçub-sökülüb.

Məsələ ilə bağlı Kürdəxanı qəsəbə bələdiyyəsi ilə əlaqə saxladıq. Bələdiyyədən bildirildi ki, məzarın olduğu ərazi elə milyonçunun qohumlarına məxsusdur:

“Milyonçunun qohumlarında həmin ərazinin sənədləri var. Ərazi bağ sahəsidir. Qəbiristanlıq deyil. Orada həmin qohumlara məxsus başqa qəbirlər də olmalıdır. Milyonçu vəsiyyətinə əsasən, həmin bağ sahəsində dəfn edilib. Məzara milyonçunun nəvə-nəticəsi, öz qohumları baxmalıdır. Bu, bələdiyyənin səlahiyyətində deyil”.

Milyonçu, xeyriyyəçi Hacı Sultanəli Haşım oğlu 1851-ci ildə Balaxanı qəsəbəsində doğulub. O, Bakıda 3 məscid və 1 hamam, Balaxanı qəsəbəsində 1 məktəb, həmçinin Quba rayonunda 1 məscid tikdirib. Hacı Sultanəli fəhləlikdən Bakının gənc milyonçusuna çevrilib. Hacı Zeynalabdin Tağıyevin yaxın dostu olub. Milyonçu 1921-ci ildə infarktdan vəfat edib.

Öz vəsiyyəti ilə Ləhiş bağlarında tikdirdiyi məscidin yanında dəfn edilib.

Paylaş: