2023 04 24 10 33 30G2D0KtigN5bnBjDeARZ4 file 14

Bakı metropoliteninin “28 May” stansiyasında qatarların hərəkətində fasilə yaranıb.

Globalinfo.az “Oxu.az”a istinadən xəbər verir ki, sərnişinlərin verdiyi məlumata görə, buna səbəb stansiyada hərəkət etmək istəyən qatarda tüstülənmənin baş verməsi olub.

Edilən anonsun ardından sərnişinlər vaqonlardan düşürülüblər.

Bildirilir ki, tüstülənmə yeni nəsil qatarda baş verib.

Bakı Metropoliteni” QSC-dən məlumat verilib ki, saat 22:58-də qatarın idarəetmə panelində texniki nasazlıq qeydə alınıb:

“28 May” stansiyasında sərnişinlər düşürülüb və qatar “Nizami” stansiyasından texniki baxış üçün “Nərimanov” elektrik deposuna göndərilib”.

Paylaş: