Bakı metrosunda nə baş verib? – Açıqlama

 

“Bakı Metropoliteni” QSC-nin “Şah İsmayıl Xətai” və “Cəfər Cabbarlı” stansiyaları arasında hərəkət edən qatarın maşinistinin idarəetmə pultunda qapılara müdaxilə olunması ilə bağlı siqnal işə düşüb.

Bu barədə Globalinfo.az-a səhmdar cəmiyyətindən bildirilib.

Məlumata görə, təlimata uyğun olaraq maşinist qatarı dərhal saxlayıb, ona texniki baxış keçirib, amma hər hansı problem aşkar edilməyib. Bununla belə, qaydalara uyğun olaraq qatar texniki baxış üçün təyin olunmuş zonaya çıxarılıb.

Maşinist qatarı tuneldə 3 dəqiqəyə yaxın saxlamaq məcburiyyətində qalıb. Sözügedən xətdə qatarlar məkik (o baş-bu baş) prinsipi ilə hərəkət etdiyinə görə, hərəkətin təşkili ilə bağlı problem yaşanmayıb. Sərnişinlərin təhlükəsizliyi tam təmin edilib.