Bakı Limanında Zəfər Günü ilə bağlı unikal görüntü – VİDEO

Bakı Limanında Zəfər Günü qeyd edilib.

Globalinfo.az xəbər verir ki, Avropa və Asiya arasında körpü rolunu oynayan Bakı Limanında Zəfər Günü münasibətilə unikal aksiya keçirilib. Belə bir aksiya ölkədə ilk dəfə təşkil olunub.

Regionun ən müasir logistika mərkəzi olaraq iki qitə arasında təkərli texnika daşınmasında da xüsusi rol oynayan limanda 26 TIR-dan istifadə edilməklə ZƏFƏR sözü həkk edilib və qələbənin rəmzi olan “Dəmir Yumruq” pankartı açılıb.