“Ermənistan Rusiyadan başqa heç bir ölkədən qaz ala bilməyəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.
Overçuk əminliklə bildirib ki, Moskva enerji bazarındakı vəziyyətdən xəbərdarıq:
“Ermənistanda yalnız Rusiya qazı olacaq. Əsas məsələ onların Rusiya qazını necə alacağıdır. Buna görə də onların vəziyyəti çox çətin olacaq. Biz isə bunu istəmirik”.
Xatırladaq ki, Rusiya Ermənistanı qazla bağlı müqavilələri ləğv edəcəyi ilə hədələyib. Kreml bu açıqlamanı Ermənistanın Avropa İttifaqına üzvlüyə müzakirəsi fonunda verib.
Qeyd edək ki, siyasi masalarda Ermənistanın Azərbaycanda qaz alması da müzakirə edilir.
Əliyar Xəlil
Globalinfo.az