Bakı həbsxanasında ölüm: İki polisi bıçaqlamışdı

Azərbaycanda həbsxanada daha bir məhkum ölüb. 

Globalinfo.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.

Məhkum Mehman Solovyov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü iddia edilir.

Qeyd edək ki, M.Solovyov 2017-ci ildə həbs edilib.

Onun tutulması üçün polis əməliyyat keçirərkən müqavimətlə qarşılaşıb. Əvvəllər məhkum olunmuş Mehman Solovyov Şirvan polisinin iki əməkdaşını bıçaqlayıb.