Bakı həbsxanasında məhkum öldü

Bakı həbsxanasında məhkum ölüb.

Globalinfo.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin paytaxtda yerləşən cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.

Orada saxlanılan İsgəndərov Aydın Abdulkərim oğlu dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir.