“Bakı illərdir İsraildə səfirlik açılması məsələsində İrana güzəştə gedirdi” – Deputat

“Həm İsrail, həm də Fələstinlə yüksək səviyyədə diplomatik münasibətlərin inkişafı və tarazlığın qorunması ağıllı, zəruri və doğru qərardır”.

Globalinfo.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa deyib.

O bildirib ki, rəsmi Bakı illərdir İsraildə səfirlik açılması məsələsində qonşuya güzəştə gedirdi:

“Amma onlar deyib Qafanda oturub bizə dedilər ki, “sizə buradan yol verməyəcəyik, ermənilər namusumuzdur”. Siz gedib məsciddə donuz saxlayanlarla donuz ətinin kababını çəkəndə bilməliydiniz ki, bizim də donuz əti yeməyənlərlə süfrəmizi bölüşməyimizə qatlanacaqsınız. Millətimizin ən böyük düşməni ermənidən də çox iransifətlərdir. Həm o tayda, həm də bu taydakı iransifətlər!”

Zaira Akifqızı
Globalinfo.az