0813252519104ea15646d193b2d4ed4ca15c15

Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan Azərbaycandan neftneft məhsullarının ixracı məsələsinin bu yaxınlarda Qəbələdə baş nazirin müavini Şahin Mustafayevlə müzakirə etdiyini təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, o bu barədə “Azadlıq” radiosuna danışıb.

 “Bəli, müzakirələr aparılıb, əməkdaşlıq üçün imkanlar var”, – Qriqoryan nəşrə deyib.

Bununla belə, Qriqoryan yanacaq idxalının nə qədər olacağını, hansı Ermənistan şirkətlərinin Azərbaycandan neft almaq niyyətində olması və qiymətlə bağlı suallara dəqiq cavab verməyib.

O həmçinin deyib ki, sərhədlərin demarkasiyası prosesi ilə paralel olaraq, baş nazirin müavinləri qarşılıqlı ticarətin müəyyən sahələrini müzakirə ediblər.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: