Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur.
Globalinfo.az xəbər verir ki, bu səbəbdən həm sürücülər, həm də piyadaların hərəkətində müəyyən çətinlik yaranıb.
Dumanın Xəzər dənizinin sahilindən etibarən paytaxtın mərkəzi küçələri boyu göründüyü bildirilir.
Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi də sürücülərə xəbərdarlıq edib.
Tövsiyə olunub ki, sürücülər belə havalarda daha diqqətli olmalı, sürət həddini hava şəraitinə uyğun seçməli, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına diqqət yetirməli, ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etməlidir.
Həmçinin piyadalardan dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsi və kənarlarını aydın görməkdə çətinlik çəkdiklərini nəzərə almaları, yola çıxarkən daha məsuliyyətli olmaları xahiş olunub.

Günay Rəsulqızı
Globalinfo.az