“Bölgədə qalıcı sülh üçün Zəngəzur dəhlizinin açılması əhəmiyyətlidir”.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay deyib.
O bildirib ki, Zəngəzur dəhlizinin Azərbaycan tərəfində lazımı işlər görülərək tamamlanıb, Ermənistan sərhədlərində tamamlanmalı olan hissə var.