Bakı separatçılara siyahı verib – “Hraparak”

Rəsmi Bakı ekstradisiya edilməli olan cinayətkarların siyahısını separatçılara təqdim edib.

Globalinfo.az xəbər verir ki, bunu “Hraparak” yazıb.

Qəzet iddia edir ki, Azərbaycan həmin şəxslərin Bakıya təhvil verilməsini tələb edib.

Bildirilir ki, siyahıda Qarabağdakı keçmiş separatçı liderlərin, Azərbaycan ərazisində separatizmdə fəal iştirak etmiş şəxslərin, o cümlədən Birinci və İkinci Qarabağ müharibələri zamanı Azərbaycan ordusuna, mülki əhaliyə qarşı vəhşiliklər və ağır cinayətlər törətmiş şəxslərin adları yer alıb.