bina yandi

Bakı şəhərinin Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 85 m² olan 3 otaqlı mənzilin 1 otağında ev əşyaları 5 m² sahədə yanıb.

Globalinfo.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***12:28

Bakıda doqquz mərtəbəli binanın sonuncu mərtəbəsi yanır.

Globalinfo.az bildirir ki, bu barədə məlumat Baku.ws-in “qaynar xətti”nə daxil olub.

Bildirilir ki, yanğın “Xalqlar Dostluğu” metro stansiyasının yaxınlığında baş verib.

Hazırda əraziyə üç yanğınsöndürən maşın cəlb edilib.

Yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Hadisə yerindən görüntüləri təqdim edirik:

Paylaş: