“Ombudsmanların və milli insan hüquqları təsisatlarının biznes və insan hüquqları sahəsində rolu” mövzusunda Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının Bakı Beynəlxalq Konfransının iştirakçıları Ağdama səfər ediblər.
Globalinfo.az bildirir ki, “Report”un Qarabağ bürosunun məlumatına görə, səfərdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva da iştirak edib.
Beynəlxalq konfransın iştirakçılarının işğaldan azad edilmiş Ağdam rayonuna səfərləri çərçivəsində nümayəndə heyətinə Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklərlə, eləcə də tarixi və mədəni abidələri dağıtması və məhv etməsi barədə faktlarla bağlı məlumat verilib.
Qonaqlar Ağdamda İmarət kompleksi, Şəhidlər xiyabanı və Cümə məscidində olublar.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev işğal zamanı ermənilərin tarixi məkanlarımızda törətdikləri vandallıq aktları barədə qonaqlara geniş məlumat verib.
İşğaldan azad edildikdən sonra əsas bərpa planına daxil edilən İmarət kompleksində ilkin işlərə start verildiyi onların diqqətinə çatdırılıb.
Daha sonra Ağdam şəhidlər xiyabanını ziyarət edən qonaqlara ermənilər tərəfindən qətlə yetirilən yüzlərlə, müxtəlif yaşlardan olan dinc sakinin məzarlarının olduğu, lakin işğaldan sonra qəbirlərin hamısının dağıdıldığı barədə geniş məlumat verilib.
Ağdam Cümə məscidində olan qonaqlara işğal zamanı ermənilərin dini inanclarımıza xüsusilə qəddar yanaşmaları, məscid və tarixi abidələrimizdə donuz və mal-qara saxlayaraq öz çirkin əməllərini açıq büruzə verdikləri bildirilib.
Ağdama səfərləri çərçivəsində qonaqlar gördüklərindən dəhşətə gəldiklərini, bu tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırılması yolunda öz ölkələrində məlumata verəcəklərini vurğulayıblar.
***14:08