2024-cü ildə qanunvericiliyə mühüm dəyişikliklər edilmişdir. Ailə Məcəlləsinin nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasını nəzərdə tutan 10.2-ci maddəsi ləğv edilmişdir.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədri Bahar Muradova deyib.
(BMT-nin Uşaq Hüquqları Komitəsinin (CRC) və Qadınlara Qarşı Ayrı-seçkiliyin Ləğv edilməsi üzrə Komitəsinin (CEDAW) Azərbaycan Respublikasının dövri hesabatlarında tövsiyə olunmuşdur.)
Erkən evlilik və məişət zorakılığı ilə bağlı cinayət və inzibati məsuliyyəti nəzərdə tutulan subyektlərin dairəsi genişləndirilmişdir. Ümumi bioloji baba və nənəsi olan qohumlar arasında nikahın bağlanması qadağan edilmiş, qısamüddətli mühafizə orderinin müddəti artırılmış və onun verilməsi icbarı olmuşdur.
Zərərçəkmiş şəxslərə dövlət vəsaiti hesabına pulsuz hüquqi yardımın göstərilməsi qaydası təsdiq edilmiş, məişət zorakılığının qarşısının alınması üzrə monitorinq və əlaqələndirmə mexanizmi yaradılmışdır.
Gender əsaslı ayrı-seçkiliyin qarşısının alınması sahəsində ixtisaslaşmış mexanizmlərin işinin yaxşılaşdırılması məqsədilə regionlarda və şəhərlərdə çoxsaylı təlimlər ,seminarlar keçirilmiş,vətəndaş müraciətləri və şikayətləri nəzarətə götürülmüş,monitorinq və əlaqələndirmə qruplarının fəaliyyəti təhlil edilmişdir.
Bir sıra problemli məsələlərə dair 860 Dəstək Xəttinə daxil olan müraciətlərdə (9%) artım, (2024-330, 2023-cü ildə 302)
Qadın Dəstək Xətt Xidmətinə daxil olan müraciətlərin sayında (1,5 dəfə) isə azalma qeydə alınmışdır. (2024-cü ildə 1623, 2023-cü il 4079)
Daxili İşlər Nazirliyinə məişət zəmnində baş verən insidentlərə dair daxil olmuş müraciətlərin, o cümlədən cinayət hadisələrinin sayı azalmışdır.
Bu isə ilk növbədə müdafiə mexanizmlərinin fəaliyyətinin koordinasiya edilməsi və güclənməsindən xəbər verir.
Ötən il Zərər çəkmiş şəxslərə 325-i qısamüddətli (2023-cü ildə 180-i)
34-ü uzunmüddətli olmaqla (2023-cü ildə 16-sı)
ümumilikdə 359 mühafizə orderi icraatda olmuşdur. (2023-cü ildə 196)
onlardan 338-i qadınlara (2023-cü ildə 187-si)
21-i kişilərə verilmişdir. (2023-cü ildə 9-u)
2024-cü il Azərbaycan Respublikasının və xalqının tarixinə bütün səviyyələrdə seçkilərin elan edildiyi və keçirildiyi il kimi düşmüşdür.
Siyasi partiyalar, vətəndaş cəmiyyəti qurumları və seçicilərin təşəbbüs qruplarının, o cümlədən ictimai fəal insanların və media quruluşlarının geniş cəlb olunduğu bu proses ölkəmizdəki ictimai-siyasi mühitin sağlam əsaslara söykəndiyinin, Seçki qanunvericiliyi və demokratik ənənələrimizə sadiqliyimizin göstəricisi oldu.
Dövlət Komitəsi olaraq Mərkəzi Seçki Komissiyası ilə təsdiq olunmuş fəaliyyət planımızın bütün bəndlərinin yerinə yetirilməsi, xüsusilə də qadınların seçki hüquqlarının təmin olunması və iştirakçılığının artırılması üçün birgə çalışdıq.
Bütün regionlarda seçki dairəsi və məntəqələrin nümayəndələrinin təmsilçiliyini təmin etməklə çoxsaylı görüşlər keçirdik, Seçkidə iştirakı geniş təşviq etməyə çalışdıq.
Bu seçkilərin hər zaman olduğu kimi, əsas qalibi xalqımız oldu. Amma əlbətdəki, Müzəffər Ali Baş Komandanımız başda olmaqla bütün səviyyələrdə seçkilərin qaliblərini ürəkdən təbrik edir, regionda və dünyada sülh, təhlükəsizlik və əməkdaşlıq naminə fəaliyyətlərində uğurlar arzu edirik.
Milli Məclisdə və Bələdiyyələrdə qadınların sayının yüksəlməsi isə xüsusilə diqqətçəkəndir. Çünki yalnız bu halda onlar vətəndaş cəmiyyəti quruculuğunda yaxından iştirak edə,ailə məsələləri, qadın və uşaq hüquqlarının qorunması sahəsində böyük töhfələr verə bilərlər.
Safura Bənnayeva
Globalinfo.az