Bağırov körpüsündə hərəkət bərpa edildi – VİDEO

bgrv

Nərimanov rayonu ərazisində –  Heydər Əliyev prospektinin Bağırov körpüsü adlanan ərazidən keçən hissəsində keçidə dolmuş su tamamilə çəkilib.

Globalinfo.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu məlumat verib.

O, toplanmış yağış sularının keçiddən kənarlaşdırıldığını və yolda hərəkətin bərpa edildiyini bildirib.

X X X

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, “Bağırov” körpüsü ərazisində, tuneldə aparılan suçəkmə əməliyyatı başa çatdırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Digər ərazilərdə həyata keçirilən müvafiq zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

DİN-in NİİM-dən verilən məlumatda isə qeyd olunub ki, Nizami rayonu, Heydər Əliyev prospekti, “Bağırov” tunelinə yağış sularının yığılması səbəbindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.