AA 20250505 37853057 37853054 IRAKTA KUM FIRTINASI scaled
İraqın paytaxtı Bağdadda güclü qum fırtınası həyatı iflic edib.

Globalinfo.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, şəhərdə görmə məsafəsinin məhdudlaşması səbəbindən nəqliyyatın hərəkəti çətinləşib, bəzi yerlərdə isə tamamilə dayanıb.

Bağdad Beynəlxalq Hava Limanında bütün uçuşlar müvəqqəti olaraq dayandırılıb. Hava limanı rəsmiləri hava şəraiti yaxşılaşdıqdan sonra uçuşların bərpa olunacağını bildiriblər.

Qum fırtınası sağlamlıq sahəsində də ciddi problemlərə yol açıb. Bağdad və digər bölgələrdə minlərlə insan tənəffüs problemləri ilə xəstəxanalara müraciət edib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: