Bağçalarda uşaqların növbəyə yazılmasına başlanılır

Bu gündən bağçalarda uşaqların növbəyə yazılmasına başlanılır.

Globalinfo.az xəbər verir ki, saat 16:00-dan etibarən valideynlər www.bq.edu.az saytına daxil olmaqla 2023-2024-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu ilə bağlı növbəyə yazıla bilərlər.

Qeyd edək ki, 1-15 sentyabr tarixlərində qrupların komplektləşdirilməsi ilə bağlı növbəyə yazılma müvəqqəti dayandırılmışdı.