95e37e5a dc6f 4d25 92e3 ef03d193ef8f 2

Gürcüstanın keçmiş müdafiə naziri Baço Axalaya saxlanılıb.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətində keçirilən brifinqdə məlumat verilib.

Bildirilib ki, Axalayanın saxlanılması Tbilisidəki 4 oktyabr hadisələri ilə bağlıdır.

Qeyd edək ki, oktyabrın 4-də Gürcüstanda bələdiyyə seçkilərindən sonra keçirilən aksiya prezident sarayı qarşısında iğtişaşlarla davam etdirilib. Etirazçılar prezident iqamətgahına basqına cəhd ediblər.

Xatırladaq ki, Baço Axalaya Gürcüstanın müdafiə naziri vəzifəsini 2009-2012-ci illərdə tutub.

Paylaş: