baco

Gürcüstanın sabiq müdafiə naziri Baço Axalaya barəsində həbs qətimkan tədbiri seçilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, qərar Tbilisi Şəhər Məhkəməsinin qapalı keçirilən iclasında qəbul olunub.

Bu qərarla Gürcüstan Baş Prokurorluğunun vəsatəti təmin edilib.

    Axalaya bu ilin oktyabrın 4-də bələdiyyə seçkiləri günündə Tbilisidə Gürcüstan prezidentinin sarayına basqın işi üzrə qrup halında zorakılığın təşkili və ona rəhbərlik etməkdə ittiham olunur.

    Törədilmiş cinayət əməllərinə görə 9 ilədək müddətə azadlqıdan məhrumetmə cəzası tətbiq edilir.

    Paylaş: