Bacısına sataşan kişini bıçaqladı

Bakıda bıçaqlanma olub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonu, X.Dadaşov küçəsi ev 94 ünvanın yaxınlığında qeydə alınıb.

Bakı şəhər sakini Mayılov Məmmədtağı Mətləb oğlu bacısı Aidə Mayılovanı narahat etməsi səbəbindən istintaqa məlum olmayan şəxslə aralarında yaranmış münaqişə zamanı həmin şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Aparılmış ilkin istintaqla qeyd olunan hadisənin törədilməsində şübhəli bilinən şəxsin 1973-cü il təvəllüdlü, Sadıqov Balaoğlan Ələmdar oğlu olması müəyyən edilib.

Həmin şəxsin tapılması və istintaqa cəlb edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.