“Babayanın siyahısı”: Qarabağa kimləri qaytarmaq istəyir?

Keçmiş qondarma rejimin “təhlükəsizlik şurasının katibi” Samvel Babayanın Qarabağdan köçən erməniləri geri qaytarmaq üçün siyahı tərtib etdiyinə dair iddialar yayılıb. 

Globalinfo.az xəbər verir ki, onun Ermənistana köçənlərə iş təklif etdiyi və Qarabağa qayıtmaq vədi verərək siyahı hazırladığı bildirilib.

S.Babayanın İrəvandakı ofisindən isə belə siyahıların həqiqətən də hazırlandığı, lakin onun həmin məsələ ilə əlaqəsinin olmadığı deyilib:

“Bu, çox həssas məsələdir, lakin Babayanla əlaqəsi yoxdur. Ermənistan hökuməti və “artsax” rəhbərliyinə əhalinin geri qaytarılması ilə bağlı təkliflər təqdim olunub, mövzu müzakirə edilib. Samvel Babayan bəzi şəxslərin insanlara Qarabağa qayıtma sözü verərək, siyahı hazırlamalarından xəbərdardır. Hüquq-mühafizə orqanlarını bu məsələdə aktiv olmaya çağırır”.

Ayşən Mustafa
Globalinfo.az