İrəvan 2020-də müharibəni niyə dayandırmadı? – Babayan açıqladı

“Ermənistan hakimiyyəti və “artsax” hökuməti 20 ildir buranı şikəst etmişdi, heç nə etməyə icazə vermirdilər”.

Globalinfo.az xəbər verir ki, bunu keçmiş qondarma rejimin “təhlükəsizlik şurasının katibi” Samvel Babayan deyib.

Babayan 44 günlük müharibə ilə bağlı Xankəndidə dindirilməsi haqda iddialara cavab verib:

“Mən orada dindirilməmişəm. Qurgen Nersisyan faktları açsın, təqdim etsin, hər şey aydın olsun. O ki qaldı Qarabağ məsələsinə, onu Ermənistan hökuməti, Nikol Paşinyan və biz hamımız birlikdə Azərbaycana təslim etdik. Müharibəni Ermənistan dayandırmadı, çünki uduzan tərəf qaydalar diktə edə bilməz”.

Əliyar Xəlil
Globalinfo.az