7 yaşlı Fərid Bakarovun məşqçisi məşqçi Mehman Xəlilov tərəfindən öldürülməsi cəmiyyəti sarsıdıb. Sosial şəbəkə və mediada cinayətlə bağlı müxtəlif fikirlər irəli sürülür. Onlardan biri də məşqçinin idman zalını qanunsuz icarəyə götürməsidir.
Belə olan təqdirdə idman zalını icarəyə verən məktəb direktoru da məsuliyyətə cəlb oluna bilərmi?
Şamil Paşayev
Məsələ ilə bağlı Globalinfo.az-a danışan hüquqşünas Şamil Paşayev bildirib ki, ilk növbədə müqavilənin predmetinə baxmaq lazımdır:
“Əgər bir idman zalı fəaliyyət göstərirsə və qanunvericilik bunun icarəyə verilməsini qadağan etmirsə, təbii ki, o yer icarəyə verilə bilər. Bundan sonra isə orada məşq keçirilməsi, qaydalara əməl edilməsi obyekti icarəyə götürən şəxsin üzərinə düşür. Bu formada konkret olaraq direktorun və ya təhsil işçilərinin məsuliyyətə cəlb edilməsini gözləmək olmaz”.
Zaira Akifqızı
Globalinfo.az