Azyaşlı bacı-qardaşı küçəyə nənələri atıbmış – YENİLƏNİB

21.10.2023-cü il tarixində saat 12:45 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri tərəfindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 2 uşaq – 2 yaşlı Cəlilov Miryusif Həsən oğlu və onun 4 aylıq bacısı Cəlilova Mələk Həsən qızı gətirilib.

Globalinfo.az-ın xəbərinə görə, TƏBİB-dən bildirilib ki, onlara zəruri tibbi xidmətlər göstərilib:

“Hazırda tibb müəssisəsinin Pediatriya şöbəsində müalicələri davam etdirilir. Vəziyyətləri stabildir”.

Gəncədə nənə 4 aylıq körpəni və onun üç yaşlı qardaşını küçəyə atıb - YENİLƏNİB-1

***09:38

Gəncədə körpələrin küçəyə atılmasının bəzi təfərrüatları məlum olub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, uşaqların qəyyum olan nənə əvvəlcə dörd aylıq körpəni, sonra isə onun qardaşını Gəncə Şəhər İcra Hakimiyyətinin binasının qarşısına qoyub.

Hazırda azyaşlılar uşaq xəstəxanasındadır.