bahadur nesirov

Gənc diktor Bahadur Nəsirovun ölümünün təfərrüatları məlum olub.

Globalinfo.az bildirir ki, “Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, mərhum artıq çəkidən əziyyət çəkirmiş.

Yaxınlarının dediyinə görə, B.Nəsirovun atası da 43 yaşında qəfil ürəktutmasından vəfat edib:

“Tez-tez atasının ölümündən danışırdı. Bahadur Nəsirovun atası da köklükdən əziyyət çəkirmiş və elə bu səbəbdən də gənc yaşında ürəktutmasından dünyasını dəyişib. Bu hadisə Bahadurun düşüncəsində bir növ fobiyaya çevrilmişdi və özünün də erkən yaşda dünyasını dəyişəcəyindən qorxurdu. Çünki özü də kök adam idi, artıq çəkidən əziyyət çəkirdi”.

Yaxınları bildirib ki, B.Nəsirov dövlət televiziyasının strukturunda fəaliyyət göstərtən “Beynəlxalq” radionun direktor müavini vəzifəsindən çalışıb, bu ilin yanvar ayında öz ərizəsi ilə işdən ayrılıb.

O, turizm sahəsində özünün şəxsi biznesini qurubmuş, şirkət təsis edibmiş.

resize 6

***09:11

AzTV-nin strukturunda fəaliyyət göstərən “Beynəlxalq” radionun direktor müavini Bahadur Nəsirov vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə jurnalist Sevinc İsmayılqızı məlumat yayıb.

38 yaşlı B.Nəsirovun ölüm səbəbi haqqında məlumat verilməyib.

Mərhumun bir azyaşlı övladı var.

Paylaş: