63bd73a59e1a263bd73a59e1a3167336029363bd73a59e1a063bd73a59e1a1

Hesablama Palatası kollegiya qərarına əsasən aprelin 3-dən etibarən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də (AzTV) audit aparır.

Globalinfo.az-ın xəbərinə görə, bu barədə Palatadan bildirilib.

Qeyd olunur ki, Palatanın həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələri barədə məlumatların təqdim edilməsi “Hesablama Palatası haqqında” Qanunun 37-ci maddəsinə uyğun olaraq tənzimlənir və kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə bağlı məlumatlar, onların nəticələrinə dair materiallar Milli Məclisə göndərildikdən sonra verilir.

Paylaş: