“Azəriqaz”ın baş direktoru Qəbələdə vətəndaş qəbulu keçirdi – FOTOLAR

WhatsApp Image 2025 05 16 at 16.36.07 scaled

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun vətəndaşlarla növbəti görüşü Qəbələ rayonunda baş tutub.

Globalinfo.az bildirir ki, qəbulda “Azəriqaz” İB-nin rəhbərliyi ilə yanaşı, Birlik yanında İctimai Şuranın sədri Elçin Salmanov da iştirak edib.

Baş direktor Qəbələ, Oğuz, Şəki, Balakən, Bərdə və Şamaxı rayonlarından qəbula üz tutan 27 nəfər vətəndaşın qaz təchizatı ilə bağlı problem və təkliflərini dinləyib.

Sakinlər əsasən fərdi qazlaşma, kənd və yeni yaşayış massivlərinə küçə qaz xətlərinin çəkilişi, istehlak olunan təbii qaza görə yaranan debitor borcun araşdırılması, işə qəbul, qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı müraciət ünvanlayıblar.

Birlik rəhbəri hər bir müraciətin həlli yolu barədə sakinlərə ətraflı izahat verib.

Bir sıra məsələlərin yerində baxılması və araşdırılması üçün Zaqatala Regional qaz istismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verilib.

WhatsApp Image 2025 05 16 at 16.36.08 scaledWhatsApp Image 2025 05 16 at 16.36.09 scaled

WhatsApp Image 2025 05 16 at 16.36.09 1 scaled WhatsApp Image 2025 05 16 at 16.36.07 2 scaled