WhatsApp Image 2025 05 29 at 17.10.27

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində 28 May – Müstəqillik Günü münasibətilə şahmat turniri keçirilib.

Globalinfo.az bildirir ki, “Azəriqaz” İB Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən yarışda İdarəetmə Aparatının və Birliyin digər struktur bölmələrinin əməkdaşları iştirak ediblər.

Gərgin və maraqlı mübarizə şəraitində keçən şahmat yarışında Birliyin əməkdaşları olan Mikayıl Cəbrayılov 1-ci yer, Vüsal Rzayev 2-ci yer Nazim Əsədov isə 3-cü yer tutublar.

Qaliblər Birliyin Aparat rəhbəri Zaur Qəribov və HİK sədri Ədalət Qurbanov tərəfindən Fəxri Fərman və hədiyyə ilə mükafatlandırılıb.

WhatsApp Image 2025 05 29 at 17.10.28WhatsApp Image 2025 05 29 at 17.10.28 1WhatsApp Image 2025 05 29 at 17.10.29 scaledWhatsApp Image 2025 05 29 at 17.10.29 2 scaledWhatsApp Image 2025 05 29 at 17.10.29 3 scaled

WhatsApp Image 2025 05 29 at 17.10.28 2 scaled

Paylaş: