azeriqaz bina

“Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı Milli Məclisin İnsan Hüquqları Komitəsinin iclasında bildirib ki, “Azəriqaz”da 80 xadimə imtahan verə bilmədiyi üçün işdən çıxarılıb.

O həmçinin vurğulayıb ki, Ombudsmana çoxsaylı şikayətlər daxil olmasına baxmayaraq, işəgötürən tərəfindən hər hansı tədbir görülmür.

Məsələ ilə bağlı Globalinfo.az “Azəriqaz” İstehsalat Birliyinə sorğu göndərib.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev isə xəbəri təkzib edib:

“Deyilənlər tamamilə əsassızdır. Qətiyyən belə bir hal baş verməyib”.

Leyla Əlisoy
Globalinfo.az

Paylaş: