“Azəriqaz”dan ittihamlara cavab: “Yoxlamalar başlayacaq”

“Yoxlamalar əvvəllər bizim səlahiyyətimizdə deyildi. Biz “Azəriqaz” olaraq sayğaca qədər məsul idik. Lakin bu ilin son ikinci yarısında Milli Məclisdə qanuna əlavə və dəyişiklər olundu. Həmin əlavə dəyişiklərə əsasən, sayğacdan sonraki o məsafələrə də nəzarət, texniki müayinələrin keçirilməsi “Azəriqaz”a həvalə oldu”.

Bu sözləri Globalinfo.az-a “Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev evlərdə yoxlamalar aparılmaması səbəbini açıqlayarkən deyib.

O bildirib ki, baş verən dəyişiklikləri Prezident İlham Əliyev öz fərmanı ilə təsdiq edib:

“Fərmandan irəli gələrək Nazirlər Kabinetinə qaydaları müəyyənləşdirib təhvil verilməsi tələb və tövsiyyə olundu. Nazirlər Kabineti də bir neçə ay məşvərətdən sonra nəhayət, texniki müayinələrin keçirilməsi qaydalarını bizə verdi.

Eldəniz Vəliyevə dost TƏBRİKİ

Eldəniz Vəliyev

Biz “Azəriqaz” İstehsalat Birliyi olaraq yalnız qaydalara əsaslanaraq öz fəaliyyətimizi göstəririk. Həmin qaydalara əsasən hər il yanvarın 1-dən, noyabrn 1-nə qədər bütün texniki müayinələri keçirəcəyik”.

E.Vəliyev 2 ay bundan əvvələdək həmin texniki müayinələri keçirəcək mütəxəssislər yetişdirdiklərini qeyd edib:

“Bu işlər birdən-birə olmur. Artıq yanvar ayından noyabra kimi bütün evlərin tüstü-bacalarının yoxlanması, texniki şərtlərdən kənara çıxıb-çıxmama hallarının olub – olmaması, mətbəxlərin eyvana çıxarılmasının qarşısının alınması kimi bütün prosesləri biz icra edəcəyik. Sızmaların, dəm qazından boğulma hallarının qarşısı alınacaq”.

Zaira Akifqızı
Globalinfo.az