WhatsApp Image 2025 06 13 at 13.10.37

“Azəriqaz” İB və Həmkarlar İttifaqı Komitəsinin, eləcə də  “Birgə və Sağlam” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 1 İyun –  Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub.

Globalinfo.az xəbər verir ki, inklüziv kafe olan “Kashalata”da keçirilən tədbirə bu dəfə Birliyin əməkdaşlarının xüsusi qayğıya ehtiyacı olan övladları dəvət olunub. Bayram tədbirinin əvvəlində 1 İyun –  Uşaqların Beynəlxalq Müdafiəsi Gününün tarixi haqqında qısa məlumat verilib.

Qeyd olunub ki, Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində dövlət tərəfindən çoxsaylı işlər görülür. Uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr həyata keçirilir. Daha sonra uşaqlar müxtəlif təamların dadına baxaraq onlar üçün hazırlanmış əyləncəli şou proqram – Güzgülü sehrbaz və şar şoularını izləməklə yanaşı, həm də oyunların iştirakçısına çevriliblər.

Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri sonda tədbirin təşkilatçılarına minnətdarlıqlarını ifadə edərək göstərilən bu cür diqqətdən razı qaldıqlarını bildiriblər.

 

img 0v0iyNBpk0qMWz
img 2dGZwALnO4fv2T
img 3BzGsH3oIEJSS9
img 4iBH87ZvtX2gfN
img 5sDMkYAdOvPmFn
img 6C1OOphe88ZQG3
img 8GdgSutyU5PfnO
img 9l5bCXpKzjVOki

Paylaş: