bn 1112

May ayının 3-də Heydər Əliyev Fondunun təşəbbüsü və “Azercell Telekom” MMC-nin eksklüziv tərəfdaşlığı ilə paytaxtın ənənəvi kütləvi idman tədbiri olan “Bakı Marafonu 2026” uğurla keçirildi.

Globalinfo.az bildirir ki, yarış Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Almaniya, Böyük Britaniya, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən olan 25000 iştirakçını bir araya gətirərək sağlam həyat tərzinin təşviqi və ictimai həmrəyliyin gücləndirilməsinə növbəti dəfə töhfə verdi.

“Küləyə qalib gəl” şüarı altında təşkil olunan doqquzuncu Bakı Marafonu bu il ilk dəfə 42 kilometrlik tam məsafə üzrə baş tutdu. Yarış Dövlət Bayrağı Meydanından start götürərək müəyyən edilmiş marşrut boyunca “Sea Breeze” ərazisində finişlə yekunlaşdı. Eyni zamanda, 10 km və 21 km məsafələr üzrə iştirakçılar üçün ayrıca finiş xətləri də təşkil olundu.

Yarışın nəticələrinə əsasən, kişilər arasında qalib Türkiyədən Əhməd Alkanoğlu oldu. Ukraynalı yarışçı Vitaliy Şafar finiş xəttini ikinci, Qırğızıstan təmsilçisi Yrskeldi Akerov isə üçüncü keçdi. Qadınların mübarizəsində Rusiyadan Yelena Tolstıx birinciliyə nail oldu. Azərbaycandan Anna Yusupova yarışı ikinci, Qazaxıstandan Şirin Akimbay isə üçüncü pillədə tamamladılar.

“Azercell” qalibləri xüsusi hədiyyələrlə mükafatlandırdı. Şirkət ənənəyə sadiq qalaraq tədbirin fərqlənmiş tələbə iştirakçılarını da diqqət mərkəzində saxladı.

“Azercell Telekom” MMC-nin rəhbər heyəti, əməkdaşları və korporativ tərəfdaşları öz iştirakı ilə tədbirə dəstək göstərdilər. Təşəbbüs şirkətin sağlam həyat tərzinin təşviqi istiqamətində həyata keçirdiyi sosial məsuliyyət fəaliyyətlərinin tərkib hissəsidir.

8b721d7c db37 45e1 baa0 74344da854af
7da598ba c74b 4ce0 a514 f20c56d82510
04185a1f 4a1d 43da b63d 89e45f95830b
823f41ce 8569 4933 b3bc 4b3edae467e2
c5c3df36 950c 48d8 ae04 e655f08b7f89
8dcd74ba c74d 4d03 a248 748bf01368de
b61fdfa3 f076 49da 999f 23c8cf551344

Paylaş: