atasgah 600x400 1

Şirkət “Premium” tariflərinin eksklüziv üstünlüklərini genişləndirir

Azercell Telekom” MMC “Premium” tarifləri çərçivəsində təqdim etdiyi əlavə üstünlükləri zənginləşdirməyə davam edir. 

Globalinfo.az bildirir ki, bu dəfə şirkət “Premium” və “Premium+” tariflərinin istifadəçiləri üçün yeni tərəfdaşlıq kampaniyasına start verib. Kampaniya çərçivəsində müştərilər Atəşgah Sığorta-nın “Səyahət sığortası” xidmətindən 20% endirimlə yararlana biləcəklər. Xarici səfərlər zamanı yarana biləcək müxtəlif risklərə qarşı təminat təqdim edən bu xidmət Azercell abunəçilərinə daha rahat və təhlükəsiz səyahət təcrübəsi qazandırır.

“Premium” və “Premium+” tariflərinin abunəçiləri kampaniyadan yararlanmaq üçün “Azercell” tətbiqinin “Eksklüziv təkliflər” bölməsindəki “Atəşgah Səyahət Sığortası” banneri vasitəsilə müraciət edə bilərlər.

Kampaniya haqda ətraflı məlumat əldə etmək üçün: https://www.azercell.com/az/personal/premium-plus.html

Paylaş: