ehali gencler 900x600 1

“2026-cı ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində (apteklərdə) 1 milyard 80 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb – satış 2025-ci ilin yanvar-iyul aylarına nisbətən 23.8% artıb”.

Globalinfo.az xəbər verir ki, bunu iqtisaçdı Natiq Cəfərli deyib.

“Yaxşı, nə baş verib? İnsanlar daha çox xəstələnir? Ola bilər, amma, bu barədə məlumat yoxdur, deməli dərmanların qiyməti kəskin artıb, bahalaşmaya görə vətəndaşın da dərman xərcləri son 1 ildə 24%-ə yaxın artıb.

Həmçinin 2026-cı ilin yanvar-iyul ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satılan avtomobil benzini və dizel yanacağından 2 milyard 327 milyon manat gəlir əldə olunub ki, bu da illik müqayisədə 4.9% çoxdur. Bu ilin əvvəlindən benzin 5 qəpik, dizel yanacağı 10 qəpik bahalaşıb – əsas səbəb budur. Yəni, bu məsələdə də əsas faktor qiymət artımıdır”, – deyə o bildirib.

İqtsadçı qeyd edib ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 35,1 milyard manatlıq məhsul satılıb, əhali ərzaq məhsulları, içkilər və tütün məmulatlarına 19,3 milyard manat xərcləyib:

“2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38 milyard 358,5 milyon manatlıq, o cümlədən 20 milyard 843,9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatlarına xərcləyib. Son 1 ildə ərzaq, içki, tütün məhsullarına eyni dövr üçün xərclər 1 mlrd. 540 milyon manat artıbsa, bu da inflyasiya, qiymət artımının göstəricisidir”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: