Azərbaycanlıları Ermənistana qaytarmaq üçün… – Zaxarova

“Rusiya Azərbaycan tərəfindən hazırlanmış xüsusi reinteqrasiya proqramını alqışlayır və dəstəkləyir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.

O, Ermənistanı tərk etmək məcburiyyətində qalmış azərbaycanlıların geri qaytarılmalı olduğunu deyib:

“1980-ci illərin sonu, 90-cı illərin əvvəllərində Ermənistanı tərk etmiş azərbaycanlıların geri qayıtması mövzusuna da diqqət edilməlidir. Bunun üçün Ermənistan-Azərbaycan münasibətləri hərtərəfli şəkildə tənzimlənməli, böyük həcmdə işlər görülməlidir”.

Ayşən Mustafa
Globalinfo.az