bc2228c1 1043 439e b96f 7f9bb3887351 resize

Azov dənizində hücuma məruz qalan yük gəmisində yeddi Azərbaycan vətəndaşı qalıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “BT News” məlumat yayıb. Bildirilir ki, Türkiyənin “NOVA SHIP MANAGEMENT” şirkətinə məxsus “Feofan Şokhirev” gəmisi iyulun 7-dən 8-nə keçən gecə Azov dənizində zədələnib.

Hadisədən sonra gəmi idarəetməni itirib və hərəkətini davam etdirə bilmir. Bildirilir ki, ekipaj üzvləri artıq üç gündür gəmidə çətin şəraitdə qalıblar. Azərbaycanlı dənizçilər arasında Elvin Bayram oğlu Kərimovun da olduğu qeyd edilir.

İlkin məlumata əsasən, gəminin təhlükəsiz əraziyə çıxarılması üçün yedək gəmisinə ehtiyac var. Lakin bölgədə təhlükəsizlik risklərinin yüksək olması səbəbindən hələlik heç bir gəmi zədələnmiş yük gəmisinə yaxınlaşa bilmir.

Dənizçilərin yaxınları vəziyyətlə bağlı gəmiçilik şirkəti ilə əlaqə saxlasalar da, mövcud təhlükəsizlik şəraiti səbəbindən təxliyə istiqamətində operativ addımların atılmasının mümkün olmadığı bildirilir.

Tahir Turan
Globalinfo.az

Paylaş: