Araik

***11:20

Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağda separatçı hərəkatın başlamasının 35-ci ildönümü ilə bağlı yaydığı bəyanatda bunu “milli oyanış”, “birlik və azadlıq” simvolu kimi təqdim edib.

Dəhşətdir!

Normal düşünən insan həmin tarixin təkcə iki xalq üçün yox, region üçün fəlakət olduğunu anlayır. Məhz bu separatçı hərəkat ümumilikdə 40 min insanın ölümünə, 100 mininin yaralanmasına səbəb olan və hələ də hərbi toqquşma riski daşıyan prosesin başlanğıcı oldu.

Hazırda Paşinyanın tikan üstündə olmasının səbəbi də Qarabağ problemindən qurtula bilməməsidir. Nikolun bu paylaşımının daxili auditoriyaya hesablandığını, əlbəttə, mən də bilirəm. Amma bu kimi şeylər erməni cəmiyyətinin canındakı zəhərin çıxmasına mane olur.

O zəhər ki, 19 il əvvəl bir erməni terrorçunun məhvi ilə nəticələndi. Söhbət 2004-cü ildə Macarıstanda terrorçu fəaliyyətlərini davam etdirdiyinə görə Ramil Səfərov tərəfindən zərərsizləşdirilən erməni zabit Qurgen Markaryandan gedir.

Globalinfo.az xatırladır ki, Markaryan məhz Qarabağda “erməni milli oyanışı”nın 16-cı ildönümü ərəfəsində Azərbaycan zabiti Ramil Səfərovu, onun qürurla daşıdığı Bayrağı, dəyərlərini təhqir etdiyi üçün məhv edilmişdi.

1988-in 20 fevralını bayram kimi qeyd edən ermənilər 2004-ün 20 fevralını matəm kimi xatırlayırlar.

Markaryanın meyiti 20 fevralda – Qarabağda separatçı hərəkatın ildönümünün qeyd edildiyi bir vaxtda erməni ictimaiyyətinə təqdim edilmişdi. Əgər başda Paşinyan olmaqla erməni xalqı revanşist meyildə olmağa davam etsələr, onlar belə “hədiyyə”ləri hələ çox alacaqlar.
Tamerlan Yayaqan
Globalinfo.az

Paylaş: