WhatsApp Image 2025 07 26 at 10.19.12

Xorvatiyanın Zaqreb şəhərində tələbələr arasında Avropa Universitetləri Futzal Çempionatının final oyunu keçirilib.

Globalinfo.az Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mətbuat xidmətinə istinadən bildirir ki, beynəlxalq yarışda ölkəmizi təmsil edən Azərbaycan İdman Akademiyasının komandası finalda İspaniyanın Valensiya Universitetinin komandasını 7:2 hesabı ilə məğlub edərək çempionatın qalibi olub.

Komandamızın oyunçusu Ağaseyid Seyidov isə çempionatın ən yaxşı qapıçısı seçilib.

Qeyd edək ki, komandamızın Avropa çempionatında iştirakı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK), AHİK-in tabe təşkilatı Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının, üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının, eləcə də Azərbaycan İdman Akademiyasının və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilib. Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası 2008-ci ildən Avropa Tələbə İdmanı Assosiasiyasının (EUSA) üzvüdür.

WhatsApp Image 2025 07 26 at 10.14.37 3 scaled WhatsApp Image 2025 07 26 at 10.14.37 2 scaled WhatsApp Image 2025 07 26 at 10.14.37 1 WhatsApp Image 2025 07 26 at 10.14.37

Paylaş: