Azərbaycanlı rəssam Xətai Abdullayev Türkiyə mediasında gündəm olub.
Globalinfo.az bildirir ki, sənətçi qətlə yetirilən 8 yaşlı Narinin şəklini divara həkk edib.
Bununla bağlı o, instaqramda video paylaşıb.
“Həssas cəmiyyət həsas vətəndaşlar yaradır. Mənim əlimdən gələn həsasslıq budur. 10 il əvvəl o divara Özgecan Aslanı çəkmişdim. Nə yazıq ki, bu gün Narini onun yanına çəkmək məcburiyyətində qaldım. Dərindən kədərliyəm”, – deyə, vurğulayın.
Rəssamın bu əsəri türk mediasında paylaşılıb.